Bulvarda dənizə doğru salınan pilləkənlər təkmilləşdirilir
Nazim Məcidov: “Məqsəd həm bulvarın gözəl görünməsi, həm insanların təhlükəsizliyinin təmin edilməsi, həm də dənizə tökülən zibillərin rahatlıqla təmizlənməsidir”
Dənizkənarı Milli Parkda (Bakı Bulvarı) bulvarın ərazisini böyütmək, sakinlərin təhlükəsizliyini təmin etmək və zövqlərini oxşamaq məqsədi ilə bulvardan dənizə doğru xüsusi pilləkənlər tikilir.
Lent.az-ın məlumatına görə, pilləkənlər xüsusi daşların üzərinə çəkilmiş məftil torlardan istifadə etməklə tikilir ki, bu da dəniz suyunun pilləkənləri yuyaraq dağıtmasının qarşısını alır.
Laki yaz aylarından bəri tikilən həmin pilləkənləri bir dəfə söküb, yenidən düzəldiblər. Bunun səbəbini aydınlaşdırmaq üçün bulvarda olduq. Pilləkənlərin tikintisi ilə məşğul olan inşaatçıladan bu məsələ ilə bağlı məlumat ala bilmədik.
Bulvar idarəsinin rəis müavini Nazim Məcidov isə Lent.az-a bildirdi ki, dənizə doğru pilləkən şəklində tökülən daşlar xüsusi dəmir torbalara salınıb ki, dalğalar tikintini dağıtmasın. “Tikilən pilləkənlər üzərində insanların çıxıb oturmasına və gəzməsinə icazə verilməyəcək. Həmin pilləkənlərlə bulvarın arasında mərmərlə hörülmüş, paslanmayan materialdan hasar salınacaq ki, bu da bulvarda istirahət edən insanların təhlükəsizliyini təmin edəcək”, deyə Məcidov bildirib.
Rəis müavini deyib ki, məqsəd həm bulvarın gözəl görünməsi, həm insanların təhlükəsizliyinin təmin edilməsi, həm də dənizə tökülən zibillərin rahatlıqla təmizlənməsidir.
Kimyə Rüstəmova

Oxşar yazılar

"Azəriqaz" rəsmiləri Lənkəranda vətəndaşlarla görüşdü - FOTO
25 may 2022 , 17:55
Binalardan ev alanlara nə qədər ƏDV qaytarılacaq?
25 may 2022 , 17:47
Bu rayonların qazı KƏSİLƏCƏK
25 may 2022 , 16:52
"Azəriqaz" nin növbəti "Açıq mikrafon"u Cəlilabadda qurulacaq
25 may 2022 , 15:21
Supermarketlərdə QİYMƏT QALMAQALI: "Araz", "OBA", "Al", "Bazarstore"...
25 may 2022 , 15:11
Bakı Enerji Həftəsində 30 ölkədən 249 şirkət iştirak edəcək®
25 may 2022 , 13:41
"Misli görünməmiş inflyasiya təzyiqləri yaranıb" - NAZİR MÜAVİNİ - YENİLƏNİB
25 may 2022 , 12:18