“Bakıelektrikşəbəkə” mayın 18-dən işıqları kəsəcək
Səhmdar Cəmiyyət borcların ödənməsi üçün abunəçilərə yenidən xəbərdarlıq edib
“Bakıelektrikşəbəkə” ASC elektrik enerjisi haqqının 100 faiz ödənilməsini təmin etmək məqsədilə xüsusi tədbirlər planı hazırlayıb. Bu aydan etibarən həyata keçiriləcək plana görə borcunu ödəməyən bütün istehlakçı qrupların elektrik enerjisi ilə təchizatı dayandırılacaq.
“Bakıelektrikşəbəkə” ASC nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, abonentlər elektrik enerjisinə görə yaranmış borclarını mayın 18-i saat 12:00-dək tam şəkildə ödəməlidir. Əks halda borclu abonentlərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcəkdir.
Mətbuat xidmətində deyirlər ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq.
Xatırladaq ki, borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir. Hər bir abunəçi 440-66-88 saylı telefona zəng etməklə istifadə etdiyi elektrik enerjisinə görə yaranmış borcunun məbləğini öyrənə bilər.
Elxan SALAHOV

1076