Bakıda zərərli qida məhsulları məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Bakı şəhərindəki ticarət mərkəzlərində həyata keçirdiyi yoxlamalar zamanı çoxlu sayda yararsız, mənşəyi məlum olmayan və istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Binəqədi rayonu ərazisində keçirilən monitorinq zamanı Dərnəgül qəsəbəsi, 3016 məhəllədə Səfixan Abdullayevə məxsus topdansatış obyektində peçenye, qənd, vafli, rulet, halva, şokolad yağı, kolbasa, yoğurt, pendir, turşu, limon suyu, ketçup kimi 26 çeşiddə 9452 ədəd istifadəyə yararsız qida məhsulları aşkarlanıb.
Həmin ünvanda yerləşən və Əvəz Məlikova məxsus topdansatış obyektində isə 44 adda 6433 ədəd istifadəyə yararsız ərzaq məhsulları (tomat, çay, halva, zeytun yağı, süd, makaron, konfet, xama, kvas, un, xurma və sair) aşkar edilərək satışdan çıxarılıb. Keyfiyyətsiz ərzaq mallarının hamısı məhv edilib. Obyekt sahibləri barədə isə qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görüləcək.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15