Mobil telefon qaçaqmalçılığına qarşı önəmli addım
13 may 2009 14:15 (UTC +04:00)

Mobil telefon qaçaqmalçılığına qarşı önəmli addım

Telefonların İMEİ kodlarının məlumat bazası yaradılır
Azərbaycanda telefon qaçaqmalçılığı ilə mübarizə və mobil telefon oğurluğunun qarşısını almaq məqsədilə telefonların IMEI kodlarının məlumat bazası yaradılır (IMEI ingiliscədən ixtisarla Beynəlxalq Mobil Cihaz Eyniləşdirilməsi deməkdir). Lent.az-ın məlumatına görə, məlumat bazası saxta və insanın sağlamlığı üçün zərərli telefonların ölkəyə qeyri-qanuni yolla gətirilməsinə, satılmasına və istifadə olunmasına son qoyacaq.
Qeyd edək ki, IMEI kodlarının məlumat bazasından bir çox Avropa ölkələrində, o cümlədən Türkiyə və Ukraynada istifadə olunur. Azərbaycanda yaradılan IMEI kod məlumat bazasına hal-hazırda ölkədə olan və bundan sonra buraya yalnız rəsmi distributorlar tərəfindən gətirilən mobil telefonların IMEI kodları daxil ediləcək. Nəticədə qaçaq, oğurluq və ya qeydiyyatdan keçməmiş telefonları işlətmək mümkün olmayacaq. Çünki Azərbaycandakı heç bir mobil rabitə operatoru həmin telefonlara xidmət göstərməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1223

Oxşar yazılar