Azərbaycan Ordusundan Türkiyə şirkətlərinə 225 milyon dollarlıq layihə
Ötən il Türkiyənin bir neçə şirkəti Azərbaycan Ordusundan 225 milyon dollarlıq modernləşdirmə və alqı-satqı layihəsi alıb. Bunların arasında maliyyə tutumuna görə ən böyük proqramları isə “Roketsan” şirkəti əldə edib. Lent.az-ın “ISI Emerging Markets”ə istinadən verdiyi məlumata görə, “Roketsan” şirkəti Azərbaycan Ordusunu raket və özüyeriyən artilleriya sistemləri ilə təchiz edəcək.
Azərbaycanla əməkdaşlıq çərçivəsində “Roketsan”ın Bakıda istehsal edəcəyi (Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə birgə) 107 və 122 millimetrlik raket sistemləri hərbi texnikaların üzərində qurulacaq. İmzalanmış müqavilələr çərçivəsində Azərbaycan Ordusu üçün “Fırtına” özüyeriyən artilleriya qurğuları da satılacaq ki, hazırda bu sistemlər Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilir. Bu artilleriya sistemi 40 kilometrdəki hədəfləri effektiv atəşlə məhv etmək iqtidarındadır.
“Otokar” şirkəti isə müxtəlif ölkələr tərəfindən istifadə olunan “Cobra” tipli 4x4 təkərli zirehli transportyorunu Azərbaycana ixrac edəcək. Məlumatlara görə, ötən ilin sonlarında Türkiyə müdafiə naziri Vəcdi Könülün Bakıya səfəri zamanı imzalanmış müqavilə paketinə yuxarıda qeyd olunanlarla yanaşı müxtəlif xəbərləşmə-rabitə və nəzarət sistemləri və s. daxildir.
Ramiz

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30