«Kövsər Bank» Mərkəzi Bankı məhkəməyə verib
«APA-ECONOMICS»in 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə istinadən verdiyi məlumata görə, kommersiya bankının əsas iddiası AMB-nin lisenziyanın ləğvi ilə bağlı çıxardığı qərarın ləğv edilməsidir.
«Kövsər Bank» ASC-nin İdarə Heyətinin sədri Heydər İbrahimovun «APA-ECONOMICS»ə verdiyi məlumata görə, AMB-nin «Kövsər Bank»ın lisenziyasının ləğvi ilə bağlı qərarı əsassızdır. Bu prosesdə Mərkəzi Bank özü birbaşa qanunları pozub. «Hazırda Bankın nizamnamə kapitalı 12 mln. manatdan çoxdur və düşünürdük ki, daha 3-4 mln. manat artıraq. Mərkəzi Bank tərəfindən 2001-ci ildə də analoji qərar qəbul olunub. Lakin həmin vaxt lisenziyamız bərpa edilib. Ümid edirik ki, məhkəmənin müvafiq qərarı ilə bu dəfə də bankın lisenziyası bərpa olunacaq», - deyə H.İbrahimov bildirib.
H.İbrahimov qeyd edib ki, hazırda bankın bütün əməliyyatları dayandırılıb, Mərkəzi Bank tərəfindən banka müvəqqəti inzibatçılar təhkim olunub: «Bankın heç bir işçisi işdən çıxmayıb, məhkəmənin çıxardığı yekun qəraradək əmək kollektivi bir nəfər kimi işə gələcək».
Xatırladaq ki, minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə AMB-nin İdarə Heyətinin qərarı ilə «Kövsər Bank» və «Debüt Bank» ASC-lərin lisenziyaları ləğv edilib.
«Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 21,843 mln. manat, depozit portfeli 3,165 mln. manat, o cümlədən əhalinin əmanətləri 1,307 mln. manat, bankın məcmu kapitalı 12,491 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,020 mln. manat təşkil edib. Bankın 2 filialı, 1 bankomatı və 25 işçisi olub. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər verməyib.

Oxşar yazılar

Təbrizdən Bakıya uçuşlar bərpa olundu
29 iyul 2025 , 17:41
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
28 iyul 2025 , 12:40
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28