Məbləği 50 min manatdan yuxarı müqavilələr üçün məlumat forması hazırlanıb
Vergilər naziri Fazil Məmmədovun əmri ilə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən investisiya layihələri üzrə keçirilən tenderlərin qalibləri ilə bağlanılan, habelə dövlət vəsaiti və dövlət zəmanəti ilə alınmış kreditlər hesabına mal (iş, xidmət) alınması ilə əlaqədar bağlanılan, məbləği 50 min manatdan yuxarı olan müqavilələr barədə müvafiq göstəriciləri özündə əks etdirən məlumat forması və onun doldurulma qaydası təsdiq edilib.
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, büdcə təşkilatları və səhmlərinin (paylarının) 50 faizdən çoxu dövlətə məxsus olan hüquqi şəxslər bu forma üzrə məlumatları bu müqavilələr imzalandıqdan sonra bir ay müddətində qeydiyyatda olduqları vergi orqanına təqdim etməlidir.
Həmin müqavilələr barədə məlumatları təqdim etməli olan büdcə təşkilatlarının və səhmlərinin (paylarının) 50 faizdən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin ilkin siyahısı da müəyyən edilərək, qeydiyyat üzrə yerli vergi orqanlarına göndərilib.
Məlumat formasının tətbiqi tenderlərdə iştirak edən və qalib gələn vergi ödəyicilərinin fəaliyyətinə vergi nəzarətinin gücləndirilməsi, onların vergi öhdəliklərini yerinə yetirməsinə sistemli qaydada nəzarət edilməsi və fəaliyyətlərinin şəffaflığının təmin olunması məqsədi daşıyır.

Oxşar yazılar

Təbrizdən Bakıya uçuşlar bərpa olundu
29 iyul 2025 , 17:41
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
28 iyul 2025 , 12:40
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28