(R) AXA – dünyanın ən iri sığortaçısıdır
Sığorta bazarında rəqabətlə yanaşı, bu sahədə ən yaxşıların müəyyən edilməsi problemi də yaranıb. Bu, əvvəla, müştərilərə lazımdır ki, təqdim olunan çoxsaylı təkliflərdən baş çıxara bilsinlər, daha sonra bu? sığorta şirkətlərinin sığortaçılarına, mülkiyyətçilərinə, sərmayədarlarına və tərəf-müqabillərinə lazımdır ki, şirkətin maliyyə hesabatlılığının sirlərinə sirayət etmədən (hansı ki hətta nəzəri cəhətdən heç də həmişə mümkün deyil), şirkətin işinin səmərəliliyini qiymətləndirə bilsinlər. Bir sözlə, reytinq hamıya lazımdır.
AM Best agentliyinin mülahizəsinə görə, xalis mükafatların həcminə görə dünyanın ən iri sığortaçısı – Fransada yerləşən AXA şirkətidir. Avropada bərqərar olan yüksək uçuculuğun, suveren borclar böhranının və sərmayədarların əhval-ruhiyyəsinin sürətlə dəyişməsinin fonunda, AXA öz rəqiblərindən xeyli yüksəkdə yer tutur.
O ki qaldı ən iri aktivləri olan sığortaçılara, öz hesabatında 2009-cu ilin sonu üçün 1,1 trilyon ABŞ dolları dəyərində aktivlərinin mövcud olduğunu göstərmiş Japan Post Insurance şirkəti müvafiq reytinqdə birinci olub.
Dünyanın ən iri 25 sığortaçısının iki reytinqi, biri aktivlərin həcminə görə, digəri isə qəbul olunmuş xalis mükafatların həcminə görə, AM Best qgentliyinin Bestlink sistemindən alınmış məlumata, əlavə tədqiqatlar aparılmaqla, əsaslanır. Siyahı 2009-cu il üçün olan maliyyə yekunlarına əsaslanıb, çünki bütün dünya üzrə sığortaçıların hesabatlılığa olan tələbləri müxtəlifdir və müxtəlif hesabat dövrləri mövcuddur. Bundan əlavə, əldə edilmiş nəticələrdə valyutaların və hesabatlılığın müxtəlifliyinə düzəliş edilib.
Xatırladaq ki, bu yaxınlardan etibarən dünyanın ən iri sığortaçısı Azərbaycanda da təmsil olunur. Ötən ilin oktyabr ayında AXA şirkəti, özünün ispaniyalı “törəməsi” olan AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros-un vasitəsi ilə, Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan MBASK-ın səhmlərinin nəzarət paketini əldə edib. Bu gün dünyanın ən iri sığorta şirkəti Azərbaycanda öz fəaliyyətini həyata keçirir.
Hesabatın nəticələrini şərh edən AXA MBASK-ın İdarə Heyəti sədrinin birinci müavini Rəşad Abbasov qeyd edib ki, artıq neçə ildir ki, AXA dünya reytinqinin ən yüksək sətirlərində yer tutur və sığortalanmanın qlobal liderlərindən biridir: “Azərbaycan sığorta bazarının inkişaf etdirilməsi üçün, dünyanın ən iri oyunçularının Azərbaycan bazarında təmsil olunması çox mühümdür, axı məhz ən yaxşı dünya sığortaçıları dünya sığorta bazarında olan ən yaxşını bazara gətirə bilərlər”.
“A.M.Best” reytinqinin tarixi 100 ildən artıqdır. Agentlik 1899-cu ildə yaradılmışdır. Hazırda onun ofisləri ABŞ-da, Böyük Britaniyada və Honkonqda yerləşmişlər. Müstəqil Best reytinqi sığorta və təkrar sığorta şirkətlərinə verilir. Təhlil şirkətin balans dayanıqlılığının, operativ işinin və onun biznes-profilinin kəmiyyət və keyfiyyət baxımından tam qiymətləndirilməsinə əsaslanır.

707