“AZAL” ölkədaxili pulsuz uçuşlara başlayıb
“AZAL”dan “APA-ECONOMICS”ə verilən məlumata görə, pulsuz aviabiletlərin rəsmiləşdirilməsi Bakı-Naxçıvan-Bakı, Bakı-Gəncə-Bakı, Bakı-Zaqatala-Bakı və Bakı-Lənkəran-Bakı istiqamətlərinə aiddir.
Başqa sözlə, “AZAL”ın beynəlxalq reysləri vasitəsilə xaricə və ya əks istiqamətə uçan ölkə vətəndaşları regionlara pulsuz uçacaqlar. Bir şərtlə ki, beynəlxalq və yerli uçuşlar arasında 24 saatdan çox vaxt keçməsin. Pulsuz biletdə uçuş tarixinin dəyişdirilməsinə yalnız o vaxt icazə verilir ki, beynəlxalq istiqamətə alınan biletin də uçuş tarixi dəyişdirilsin.
“AZAL” şirkətində güzəştlərin yalnız Azərbaycan vətəndaşları üçün tətbiq edildiyini və çox əlverişli olduğunu bildirirlər. Bu yenilikdən sonra regionda yaşayan vətəndaş, məsələn, Parisə uçmaq istəyirsə, “AZAL”dan Bakı-Paris-Bakı bileti alarkən pulsuz olaraq Gəncə-Bakı-Gəncə reysi ilə də təmin olunacaq: “Yəni o, pulsuz olaraq Gəncədən Bakıya, aldığı biletlə Bakıdan Parisə uça biləcək, geri qayıdanda da eyni formada Parisdən Bakıya biletlə, Bakıdan Gəncəyə isə pulsuz uça biləcək. Bir şərtlə ki, Gəncə-Bakı reysi ilə Bakı-Paris reysinin, eləcə də Paris-Bakı reysi ilə Bakı-Gəncə reysinin arasındakı müddət 24 saatdan çox olmasın”.
Tamamilə eyni qaydada bu güzəştdən xaricdən Bakıya uçan Azərbaycana vətəndaşları da istifadə edə bilərlər: “Məsələn, hansısa vətəndaşımız Moskvadan Bakıya, ordan da Zaqatalaya uçmaq istəyirsə, o, AZAL-ın xaricdəki nümayəndəliyinə müraciət etməklə Moskva-Bakı-Moskva bileti əldə edir, eyni zamanda həmin şəxsə elə oradaca pulsuz olaraq Bakı-Zaqatala-Bakı bileti yazılır. Bu üsulla həmin şəxs Bakıya, ordan da pulsuz olaraq regiona uça biləcək”.
“AZAL” nümayəndəsi yeniliyin kampaniya xarakterli olmadığını və qeyri-məhdud müddətə tətbiq edildiyini bildirib.

Oxşar yazılar

Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
30 iyul 2025 , 11:35
Təbrizdən Bakıya uçuşlar bərpa olundu
29 iyul 2025 , 17:41
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
28 iyul 2025 , 12:40
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49