Manatın məzənnəsinin hədəflənməsi rejimi dəyişdi
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, makroiqtisadi təhlillər ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi hazırkı şəraitdə inflyasiya səviyyəsinə təsir göstərmək hədəfi ilə daha çox uzlaşdığını göstərir. Kommunikasiya baxımından əlverişli olmaqla yanaşı bu mexanizm həm də Mərkəzi Bankın uzunmüddətli perspektivdə sərbəst üzən məzənnə rejiminə keçmək imkanlarını artırır.
Xatırladaq ki, 2008-ci ilin mart ayından etibarən Mərkəzi Bank özünün məzənnə siyasətini Avro və ABŞ dollarının daxil olduğu bivalyuta səbəti dəyərinin hədəflənməsi vasitəsilə həyata keçirib. Ötən müddət ərzində bu mexanizm qlobal valyuta bazarındakı prosesləri yerli məzənnələrə sirayət etdirməklə manatın çoxtərəfli məzənnəsinə nəzarət imkanlarını artırıb. Lakin son vaxtlar aparıcı valyutaların məzənnələrindəki volatilliyin daha da kəskinləşməsi, inkişaf etməkdə olan ölkələr tərəfindən milli valyutaların qarşılıqlı dəyərsizləşdirilməsi və maliyyə sabitliyi hədəfinin prioritetliyi ilə səciyyələnən yeni şərait məzənnə siyasətinin taktikasına dəyişiklik etmək zərurəti yaradıb. Bu səbəbdən də Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətinin tətbiqi mexanizminin təkmilləşdirilməsi çərçivəsində 10 yanvar 2011-ci il tarixindən ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsinə keçidlə əlaqədar qərar qəbul edib.

Oxşar yazılar

Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
30 iyul 2025 , 11:35
Təbrizdən Bakıya uçuşlar bərpa olundu
29 iyul 2025 , 17:41
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
28 iyul 2025 , 12:40
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49