1552 kiloqram süd məhsullarının məhvinə göstəriş verildi
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda insan orqanizmi üçün təhlükəli süd məhsulları aşkarlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, 7-ci mikrorayon, 3123-cü məhəllədə yerləşən "Kaspian Prodakşn Layn" MMC-nin hazır məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi aparılıb. Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilmiş pəhriz kəsmiyinin, dovğanın və ayranın tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar (koliformlar) və s. aureus qrupundan olan bakteriyalar (stafilokokk), xamanın tərkibində isə bakteriyalar (stafilokokk) olduğu aşkarlanıb.
Bundan başqa, pəhriz kəsmiyinin konsistensiyasının həmcins olmadığı və içərisində yağ hissəcikləri olduğu, dadının pəhriz kəsmiyinə xas olmayan yağ tamı verdiyi, etiketində yağlılığı 0,3 faiz göstərildiyi halda, faktiki 42,0 faiz təşkil etdiyi müəyyən olunub. Laborator müayinələr nəticəsində həmçinin, müəssisədə istehsal edilən qatığın, dovğanın və ayranın turşuluğunun normadan az olduğu üzə çıxıb.
Aşkar edilmiş pozuntularla əlaqədar məhsul istehsalı və satışının təxirəsalınmadan dayandırılması, habelə insan orqanizmi üçün təhlükəli olan 1552 kiloqram süd məhsullarının məhv edilməsi barədə "Kaspian Prodakşn Layn" MMC-yə Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib. Araşdırmalar davam edir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara "Kaspian Prodakşn Layn" MMC-də istehsal edilmiş süd məhsullarını almamağı tövsiyə edir.
Elxan SALAHOV

Oxşar yazılar

"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09