Bakı şəhəri üçün strateji nəqliyyat planı təqdim edilib
Nəqliyyat Nazirliyində Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış Qrant Sazişinə əsasən həyata keçirilən “Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planının hazırlanması” layihəsi çərçivəsində yekun planın təqdimatına həsr olunmuş konfrans keçirilib.
Lent.az-ın məlumatına görə, nəqliyyat nazirinin müavini Musa Pənahovun sədrliyi ilə keçən konfransda Nazirlər Kabinetinin, İqtisadi İnkişaf, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, “Bakı Metropoliteni”nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri ilə yanaşı Dünya Bankının, Finlandiyanın “WSP” şirkətinin və Yunanıstanın “KLC” hüquq şirkətinin təmsilçiləri də iştirak edib. Layihə üzrə məsləhətçi - Finlandiyanın “WSP” şirkətinin nümayəndələri Strateji Nəqliyyat Planının məqsədləri, Bakı şəhərinin ərazisi üçün nəqliyyatın gələcək imkanları, nəqliyyat sistemi ssenarilərinin müəyyən edilməsi, qiymətləndirilməsi və investisiya strategiyaları, şəhər ərazisində parklanmanın idarə olunması, intermodal terminallarda parklanma tədbirləri, “TransCad” modelinin hazırlanması və tətbiqi üzrə təqdimatlar keçirib.
Konfransda həmçinin “Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planı”nın icrası ilə bağlı gələcək əməkdaşlığa dair təkliflər, o cümlədən Bakı şəhərində İntellektual İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar olaraq svetofor-siqnal sisteminin təkmilləşdirilməsi, şəhər ərazisində parklanma siyasətinin təkmilləşdirilməsi, şəhərin girişlərində parklanma üçün duracaqların təşkili və parklanmanın idarə edilməsi, ictimai nəqliyyatın xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə texniki servis (xidmət) məntəqələrinin yaradılması, şəhər nəqliyyatının optimallaşdırılması üçün “Paramiks” proqramının alınması və tətbiqi, avtobus sürücüləri üçün simulyatorların alınması və tətbiqi məsələləri də müzakirə olunub.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 , 15:13
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
14 may 2025 , 14:26"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14 may 2025 , 13:09
Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21