Mərkəzi Bank treninq keçirir
Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) “Maliyyə sabitliyinin təhlili metodları və alətləri” mövzusunda treninq təşkil edib.
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, iki günlük treninq maliyyə sabitliyinin mahiyyəti və qiymətləndirilmə çərçivəsi, maliyyə sabitliyi monitorinqinin həyata keçirilməsi, kredit risklərinin ölçülməsi, maliyyə sabitliyi üzrə stress testlərin aparılmasına dair məsələlərə həsr olunub. Tədbirin məqsədi pul siyasətinin effektivliyinin artırılması və maliyyə sabitliyinin təmini istiqamətində tədqiqat potensialının gücləndirilməsidir. Treninq nəticəsində əldə olunacaq biliklərin Azərbaycan Mərkəzi Bankının müvafiq analitik-tədqiqat potensialının təkmilləşdirilməsinə xidmət edəcəyi gözlənilir.
Treninq Polşa Milli Bankının maliyyə sistemi üzrə müşaviri Pavel Viczanski və Maliyyə Sistemi Sabitliyi şöbəsinin əməkdaşı Adam Qloqovski tərəfindən ingilis dilində aparılır. Treninqdə Mərkəzi Bankın Tədqiqatlar, Pul siyasəti, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət, Bazar əməliyyatları, Ödəniş sistemləri və hesablaşmalar departamentlərinin əməkdaşları iştirak edirlər.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44