«APA-Ekonomist»in növbəti sayı çapdan çıxıb
APA-nın məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 10 buraxılışı işıq üzü görüb. «APA-Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında dərc olunmuş analitik yazılar sırasında ölkədə bank sistemi barədə məqalələr, bankların müxtəlif göstəriciləri üzrə renkinqlər, kapital bazarında gözlənilən yeniliklər, sığorta bazarında müşahidə olunan azalmanın səbəbləri və s. maraqlı materiallar var.
Qeyd edək ki, əgər əvvəllər «APA-Ekonomist» jurnalını yalnız redaksiya vasitəsilə abunə yolu ilə almaq mümkün idisə, iyunun əvvəlindən etibarən bu dərgini «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərindən almaq, həmçinin abunə olmaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.
Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18