“DəmirBank” filiallarında kommunal, rabitə, İnternet və sair ödəniş xidmətləri təklif edir
DəmirBank-ın istənilən filiallarında hazırda aşağıdakı ödənişləri həyata keçirmək olar:
1. kommunal (Azərenerji, Bakı Elektrik Şəbəkə, Azəriqaz, Azərsu, Sumqayıt Elektrik Şəbəkə)
2. mobil rabitə (Azercell, Bakcell, Nar Mobile, Azerfon-Vodafone, Fonex)
3. stasionar telefon (Aztelekom, BTRİB, Catel)
4. internet provayderlər (Azdatacom, Bakinternet)
Yaxın gələcəkdə əhali DəmirBank-ın filiallarda internet provayder (Adanet, Alfanet, Avirtel, Azeronline, Azstarnet, Connect, Hotnet), kabel televiziyası (B&B TV, Connect TV) və sair xidmətlərin ödənişlərini də həyata keçirə biləcək.
Plastik kart sahibləri isə yuxarıdakı əksər xidmətləri DəmirBank-ın saytında http://www.demirbank.az/?/az/goldenpay/ səhifəsinə daxil olaraq kartla onlayn ödəyə bilər. Onlayn ödənişlər VISA və MasterCard sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş GoldenPay internet ödəmə sistemi vasitəsi ilə dərhal həyata keçirilir.
“DəmirBank sosial-yönümlü strategiyasına uyğun olaraq əhalinin rahatlığını təmin edən kütləvi ödəniş xidmətlərinin inkişafına böyük önəm verir. DəmirBank GoldenPay şirkəti ilə “Azərbaycanda elektron ticarət” layihəsinin tərəfdaşıdır, bu isə əhalinin geniş təbəqələri üçün Bankın həm filiallarında, həm də saytı vasitəsi ilə ödəniş imkanlarının genişlənməsinə imkan yaradır” – deyə, İdarə Heyəti Sədrinin Müavini Yusif Cabbarov bildirib.
Plastik kart sahibləri evdən və ya ofisdən sadəcə DəmirBank-ın Məlumat Mərkəzinə 149 nömrəsinə zəng etməklə kommunal (işıq, qaz, su) və rabitə ödənişləri (Azercell, Bakcell, Nar Mobile) həyata keçirə bilərlər.
Bankın filialları, İnternet saytı və Telefon Məlumat Mərkəzi vasitəsi ilə müxtəlif ödənişləri həyata keçirən müştərilərə müvafiq ödəniş qəbzləri də təqdim edilir.

1216