14 soyuducu anbarın tikintisi başa çatıb
İndiyədək Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına regionlarda 24 soyuducu anbar kompleksinin tikintisi məqsədilə 48 milyon manat həcmində güzəştli kredit ayrılıb. Bu isə kredit tələbatının 97,4 faizini təşkil edir.
İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a bildiriblər ki, artıq regionlarda 14 soyuducu anbar kompleksinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Soyuducu anbar komplekslərinin ümumi tutumu 73 min tondur. Bunlardan istifadəyə verilənlərin ümumi tutumu isə 40,5 min ton təşkil edir.
Nazirlikdə bildirirlər ki, hazırda 10 soyuducu anbar kompleksinin tikintisi davam etdirilir. Bunlardan 3-də son tamamlama işləri aparılır və həmin anbar komplekslərinin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
İndiyədək istifadəyə verilən anbar komplekslərinin fəaliyyətinin necə işləməsinə gəlincə, nazirlikdə deyirlər ki, SKMF özünün maliyyələşdirdiyi layihələrin icrasına daim nəzarət edir. Bununla yanaşı, fond istifadəyə verilən anbar komplekslərinin səmərəli fəaliyyətinin təşkili üçün müvafiq köməklik göstərir.
Nazirlikdə hesab edirlər ki, yeni anbarların tikintisi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına, ixrac imkanlarının artırılmasına öz müsbət təsirini göstərir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları bu anbarların xidmətindən istifadə etməklə, həm bu məhsulların itkisiz saxlanması, həm də əlverişli qiymətə satılması imkanları əldə edirlər. Həmçinin anbar komplekslərinin tikintisi regionların inkişafında, aqrar sektorun inkişafının sürətlənməsində, ixrac imkanlarının genişlənməsində, yeni iş yerlərinin açılmasında xüsusi əhəmiyyətə malikdir.
Xatırladaq ki, SKMF öz vəsaitlərini sahibkarlıq subyektlərinə kiçik (2 ilədək), orta (3 ilədək), böyük (5 ilədək), iri (7 ilədək) həcmli kreditlər verir. Bu kreditlərin minimum məbləği 10 000, maksimum məbləği 5 000 000 manatdır. Fondun kreditlərinin illik faiz dərəcələri cəmi kredit məbləğinin 6 faizindən artıq olmamalıdır. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər.
Elxan SALAHOV

Oxşar yazılar
Müasir Mətbəx: Mətbəx Mebelləri və Aspiratorun Dizayndakı Rolu
15 may 2025 , 16:34
POS-terminalı olmayan obyektləri hansı cəza gözləyir? – CAVAB
15 may 2025 , 13:02
Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub
15 may 2025 , 11:00
Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 , 15:13
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
14 may 2025 , 14:26"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14 may 2025 , 13:09
Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44