Azərbaycanda iki bankın lisenziyası ləğv edilib
“APA-ECONOMICS”in məlumatına görə, minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə AMB-nin İdarə Heyətinin qərarı ilə “Debütbank” ASC və “Kövsərbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib.
Həmin qərarla “Debütbank” və “Kövsərbank” ASC-lərə müvəqqəti inzibatçılar təyin edilib.
Xatırladaq ki, “Kövsərbank” ASC 1989-cu ildə “Universal Bank” kimi yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 21,843 mln. manat, depozit portfeli 3,165 mln. manat, o cümlədən əhalinin əmanətləri 1,307 mln. manat, məcmu kapitalı 12,491 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,020 mln. manat təşkil edib. Bankın ölkə üzrə 2 filialı, 1 bankomatı və 25 işçisi olub. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər təklif etməyib.
Təsisçisi bir neçə yerli fiziki şəxs olan “Debütbank” ASC isə 1994-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 7 filialı mövcud olub. Bank son illər ərzində maliyyə göstəricilərini açıqlamayıb.

Oxşar yazılar

Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20