Neft pullarının 50 faizi xərclənib
Azərbaycan Respublikası Dövlət Neft Fondu yaranandan bəri fonda 40 milyard dollar vəsait daxil olub. Bu vəsaitlərin 20 milyard dolları xərclənib.
Lent.az-ın məlumatına görə, bu fikirləri 2011-ci il büdcə layihəsinin Milli məclisdə müzakirəsi zamanı ARDNF-nin sədri Şahmar Mövsümov söyləyib. Fond sədri bəzi millət vəkilləri və iqtisadçıların büdcənin neft vəsaitlərindən asılılığı barədə narahatlıqlarını bölüşdüyü deyib. Ancaq onu da qeyd edib ki, neftdən qazanılan vəsaitlərin yarısı büdcəyə transfer olunmasaydı bir çox çosial və iqtisadi əhəmiyyətli layihələr reallaşmayacaqdı: “Fond Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmiryol xətlərinin tikintisi, qaçın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması kimi mühüm layihələri maliyyələşdirib. Bu layihələr seçildiyi zaman onların Azərbaycan və region üçün əhəmiyyətli olması əsas götürülür”.
Şahmar Mövsümov bildirib ki, 2011-ci ildə ARDNF-dən dövlət büdcəsinə 6 milyard 480 milyon manat transfer nəzərdə tutulub və neftin qiymətindən, manatın məzənnəsindən asılı olmayaraq, həmin vəsait büdcəyə köçürüləcək. Onun sözlərinə görə, ARDNF-nin vəsaitlərinin büdcəyə transfer olunması, bu vəsaitlərin bir hissəsinin xərclənməsi narahatlıq yaratsa da, reallıq nəzərə alınmalıdır: “Bu gün reallıq onu tələb edir ki, fondun vəsaitlərinin bir hissəsini xərcləmədən iri layihələri reallaşdırmaq mümkün deyil. Hökumət bu fondu yaradanda qarşıya məqsəd qoyub ki, neftdən qazanılan pulların ən azı 25 faizi gələcək nəsillər üçün saxlansın. İndi fondda saxlanılan vəsait 50 faizdən bir qədər çoxdur və indiki vəziyyət narahatlıq üçün ciddi əsas deyil”.
Elxan SALAHOV

Oxşar yazılar

“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22
Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi keçiriləcək
13 avqust 2025 , 11:25
Azərbaycanda qadın avtobus sürücüləri olacaq
13 avqust 2025 , 09:57
"Azercell" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
12 avqust 2025 , 13:24
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
12 avqust 2025 , 12:44
Unibank endirimli onlayn kredit kamaniyası keçirir
12 avqust 2025 , 11:42“Qarabağ” – “Şkendiya” matçından öncə fan zona təşkil olunacaq
12 avqust 2025 , 11:05