
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti pambıqtəmizləmə zavodlarında yoxlama aparıb
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, müayinələr zamanı pambıqtəmizləmə zavodlarının, tədarük məntəqələrinin avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməsi, müəssisələrdə müvafiq əmrlə yanğına qarşı cavabdeh şəxslər təyin olunması və onların normaya uyğun miqdarda ilkin yanğınsöndürən alət və vasitələrlə təmin edilməsi, daxili yanğın su kranlarının komplektləşdirilməsi, yanar konstruksiyaların odadavamlı məhlulla hopdurulmasına diqqət yetirilib. Həmçinin elektrik təsərrüfatlarının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun olması, ərazilərin quru otlardan və tullantılardan təmizlənməsi, "Təxliyə planı"nın mövcudluğu, müəssisələrin təbliğat xarakterli lövhələrlə təmin olunması, su hovuzlarının vəziyyəti yoxlanılıb.
Yanğın-texniki müayinələr zamanı Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşları tərəfindən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə zidd halların qısa müddət ərzində aradan qaldırılması üçün müəssisə rəhbərləri qarşısında məsələ qaldırılıb, onlara “Göstəriş” məktubları təqdim edilib.
Yanğın-texniki müayinələr zamanı Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşları tərəfindən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə zidd halların qısa müddət ərzində aradan qaldırılması üçün müəssisə rəhbərləri qarşısında məsələ qaldırılıb, onlara “Göstəriş” məktubları təqdim edilib.
Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13