Azərbaycan İordaniyadan “Seeker” axtarış təyyarələri ala bilər
Bu barədə APA İordaniyanın Kral II Abdullahın Layihə Bürosundan (KADDB) məlumat əldə edib.
SB7L-360 model hazırda İordaniya Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur. Təyyarə 1480 fut yüksəkliyə qalxa bilir.
Məlumatda bildirilir ki, hazırda SB7L-360 təyyarələrinin alğı-satqısına dair şirkət Azərbaycanla yanaşı, İraq, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Tanzaniya ilə danışıqlar aparır. Yaxın vaxtlarda bu ölkələrin müvafiq qurumları ilə müqavilələrin bağlanılması gözlənilir.
Qeyd edək ki, KADDB şirkətinin tərkibində 2003-cü ildə yaradılmış «Seabird Aviation Jordan» şirkəti hər il 12 ədəd «Seeker» təyyarəsini istehsal etmək imkanına malikdir. Şirkət sifarişlər qəbul ediləcəyi təqdirdə istehsalı iki dəfə artıra biləcəyini bəyan edir.

702