Bakıda “zeytun epidemiyası” - FOTO
15 sentyabr 2010 16:58 (UTC +04:00)

Bakıda “zeytun epidemiyası” - FOTO

Ağaclarda yetişməkdə olan meyvələrin üzərində qara xalların yarandığı, bəzilərinin də çürüdüyü aydın görünür. Bir çox yerlərdə isə hətta qurumuş budaqlara rast gəlinir. Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq. Lakin nazirlik rəsmisi bu məsələnin onlara aidiyyatının olmadığını bildirdi.

Milli Ekoloji Proqramlaşdırma Mərkəzinin sədri Telman Zeynalov isə zeytun ağaclarındakı xəstəliyi iqlimlə əlaqələndirdi: “Bizdə torpağa yaxşı fikir vermirlər. Ağacların dibini belləmirlər, vaxtında sulamırlar. Yay çox quraqlıq oldu, temperatur 42-43 dərəcəyə çatırdı. Həmin vaxt ağaclar sulanmalı idi. Daha sonra qəfil yağışın yağması da pis təsir göstərdi. İqlim dəyişiklikləri zamanı ağaclara mütləq qulluq olunmalıdır. Bizdə buna riayət olunmur”.

Telman Zeynalov onu da bildirdi ki, zeytun ağacları vaxtaşırı dərmanlanmalıdır. Zeytun ağaclarında budaqların quruması isə onların budanmaması ilə əlaqədardır.

Müşahidələrimiz zamanı aydın oldu ki, şəhərin mərkəzi küçələrdə ağaclara az-çox qulluğun göstərilsə də, ətraf ərazilərlə bağlı bunu söyləmək mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724

Oxşar yazılar