AZAL rəsmisi: “Gecə reyslərindən imtina qiymətlərə və sərnişinlərin sayına təsir etməyəcək”
“Reyslərin ləğv edilməsi ölkə vətəndaşlarının sakit gecə istirahəti üçün gurultunun səviyyəsinin azaldılması ilə bağlıdır”
Heydər Əliyev adına Bakı Hava Limanının birbaşa gecə reyslərinin qəbulundan imtina etməsi həm Azərbaycan, həm də tranzit reyslərin sayına, həmçinin biletlərin qiymətinə təsir göstərməyəcək. Bu barədə “Trend”ə "AZAL" QSC ("Azərbaycan Hava Yolları") rəhbərinin birinci müavini Sabir İlyasov bildirib.
"Gecə reyslərinin ləğv edilməsi ölkə vətəndaşlarının sakit gecə istirahəti üçün gurultunun səviyyəsinin azaldılması ilə bağlıdır. Dünyanın bütün iri aeroportlarında tətbiq edilən bu təcrübə səs-küyün səviyyəsinin azaldılması üzrə Azərbaycanda qəbul olunan normativ-hüquqi aktlara tam müvafiqdir", - deyə İlyasov bildirib.
Bakı Hava Limanı reysləri səhər saat 7-dən gecə saat 24:00-dək qəbul edəcək. Bütün aviaşirkətlər bu barədə məlumatlandırılıb.
İlyasov bildirib ki, bu, daxili reyslərə təsir etməyəcək, beləki, daxili reyslər sutkada ərzində gecə saatlarında həyata keçirilmir.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15