Azərbaycanda 50 milyon avroluq SES tikiləcək
“Azərenerji” Səhmdar Cəmiyyəti layihənin maliyyələşməsi üçün Maliyyə Nazirliyinə müraciət edib
Yaxın vaxtlarda Azərbaycanda yeni su elektrik stansiyasının tikintisinə başlana bilər. Füzuli rayonunda tikiləcək elektrik stansiyasının 25 meqavatt gücündə olacağı nəzərdə tutulur.
Lent.az-ın məlumatına görə, bu barədə “Azərenerji” Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev YAP qərargahında keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artıq layihə ilə bağlı hökumət qurumlarından razılıq əldə olunub. Səhmdar Cəmiyyət isə artıq layihəyə maliyyə xərclərinin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edib
Etibar Pirverdiyev bildirib ki, yeni su elektrik stansiyasının tikintisi təxminən 50 milyon avroya başa gələcək. Onun sözlərinə görə, bu vəsaitin təxminən yarıya qədər 2009-cu ildə ayrılmalıdır. Məbləğin yerdə qalan hissəsi isə gələn il ayrılacaq.
Ölkə ərazisindəki elektrik enerjisi layihələrinin reallaşdırılması vəziyyətinə toxunan Etibar Pirverdiyev deyib ki, artıq Sumqayıtda 517 meqavatt gücə malik buxar-qaz qurğusunun tikintisi başa çatıb. Hazırda isə həmin stansiyada son tamamlama işləri aparılır və yaxın vaxtlarda qurğu tam şəkildə istifadəyə veriləcək.
Bundan başqa, Quba rayonunda inşa olunan stansiyada da tikinti-quraşdırma işləri artıq başa çatıb. Səhmdar Cəmiyyətin rəhbəri bildirib ki, ümumi gücü 105 meqavatt olan stansiya bu il ərzində istifadəyə veriləcək. Onun sözlərinə görə, Qubadakı bu stansiya "Leze" Dağ-Xizək İdman Kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulub.
Elxan SALAHOV

1487