Bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi qaydaları dəyişir
Yeni qaydalarla bağlı təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə bir ay vaxt verilib
Prezident İlham Əliyev “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2009-cu il 17 mart tarixli 777 III-QD nömrəli qanununun tətbiqi barədə fərman imzalayıb.
Lent.az-ın məlumatına görə, fərmandan irəli gələn vəzifələrin bir ay ərzində yerinə yetirilməsi Nazirlər Kabinetinə tapşırılıb. Belə ki, Nazirlər Kabinetinə qüvvədə olan qanunvericilik aktlarının “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə” qanuna uyğunlaşdırılması barədə təkliflər hazırlayıb prezidentinə təqdim etməlidir. Hökumət həmçinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını bu qanuna uyğunlaşdırmalı, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanunun 8.1. maddəsində nəzərdə tutulmuş komissiyanın say tərkibi və fəaliyyət qaydası barədə təkliflər hazırlamalıdır.
Bundan başqa, Nazirlər Kabineti öz səlahiyyətləri daxilində “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara dəyişikliklər və əlavələrdən irəli gələn digər məsələləri həll etməlidir.
Fərmanla müəyyən edilir ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanununun 8-ci maddəsinin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, 8.1. maddədə Nazirlər Kabineti, “müvafiq icra hakimiyyəti orqanları” dedikdə isə Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və müvafiq yerli icra hakimiyyəti orqanı nəzərdə tutulur.
Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44