
Vladimir Putin: “Nabucco” xəyaldır”
Rusiyanın baş naziri Vladimir Putin Orta Asiyanın və Xəzər bölgəsinin təbii qaz resurslarının Avropaya daşınmasını həyata keçirmək üçün nəzərdə tutulan “Nabucco” qaz kəmərinin xəyal olduğunu söyləyib. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Vladimir Putin deyib ki, “Nabucco” kəməri üçün qaz resursları ilə bağlı zəmanət yoxdur.
Onun sözlərinə görə, kəməri dolduracaq qaz mənbələri yox səviyyəsindədir: “Rusiyanın “Nabucco”ya qaz verməsi gündəmdə deyil. İran qazının da bu xətlə daşınması nəzərdə tutulmur. Azərbaycanın da təbii qaz mənbələri azdır. Bir də Azərbaycan Rusiya ilə təbii qaz alışına dair anlaşma imzaladı”.
Rusiyanın baş naziri “Nabucco”dan fərqli olaraq Avropaya qaz daşıyacaq “Cənub Axını” qaz kəmərinin qısa müddətdə tikiləcəyinə əmin olduğunu dilə gətirib: “Yaxın vaxtlarda Cənubi Avropa ölkələri bu kəmərdən qaz almağa başlayacaqlar. Rusiya və Türkiyə arasında ikinci “Mavi Axın” boru xəttinin çəkilməsinə gəlincə, türk dostlarımızın bazar araşdırması istiqamətində fəaliyyətləri davam edir. Kipr və İsrailin yaxın gələcəkdə bizdən qaz almaq istəmədikləri yönündə siqnallar alınır. İkinci “Mavi Axın” kəməri ilə Türkiyə üzərindən təbii qaz almaq istəyən müştəri tapa bilsək, bu kəmərin tikintisi yenidən gündəmə gələ bilər”.
Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28