DəmirBank əhaliyə “Blizko” sistemi ilə təcili pul köçürmə xidmətləri göstərməyə başlayıb
Rusiya, Ukrayna, Qazaxıstan və digər MDB ölkələrində 6000-dən çox bank ofislərində “Blizko” təcili pul köçürmə sistemi ilə müştərilər pul vəsaitlərini göndərə və ala bilərlər. “Blizko” sistemi müştərilərə ABŞ dolları, avro və Rusiya rublu valyutalarında köçürmələrin həyata keçirilməsinə imkan yaradır.
Təcili pul köçürmə xidmətlərini DəmirBank-ın Bakı və regionlarda 29 filialı göstərir. DəmirBank Western Union, Bıstraya Poçta, Zolotaya Korona, Coinstar və Blizko sistemləri ilə ümumilikdə 200-dək ölkə üzrə pul köçürmə xidmətləri təklif edir. Bank həmçinin özünün Şimşək sistemi ilə ölkədaxili pul köçürmələri həyata keçirir.
“Təcili pul köçürmə xidmətlərinin və onların həcminin artımı DəmirBank üçün müştəri xidmətləri sahəsində prioritet vəzifələrdən biridir. Bu məqsədlə Rusiya və MDB ölkələri məkanında geniş yayılmış Blizko sistemi üzrə xidmətlər təklif etməyə başladıq. Bank yaxın gələcəkdə digər köçürmə sistemlərinə qoşulmağı da nəzərdə tutur. Köçürmə xidmətlərinin genişləndirilməsi ilə yanaşı həmçinin əlavə stimullaşdırıcı tədbirlərdən istifadə etməyi nəzərdə tuturuq” – deyə Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
DəmirBank-ın 149 Telefon Məlumat Mərkəzi təcili pul köçürmələri üzrə məlumat xidmətləri təklif edir. Bu xidmət müştəriyə banka gəlməzdən əvvəl evdən və ya ofisdən 149 telefon nömrəsinə zəng etməklə ona göndərilmiş pul köçürməsinin daxil olmasını və müvafiq filialı dəqiqləşdirə bilər.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

860