“Nabucco” ilə bağlı yeni sənəd imzalayıb
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə “NABUCCO Gas Pipeline International GmbH” konsorsiumu açıqlama yayıb.
Üç beynəlxalq maliyyə institutunun zəmanət məktubunun imzalanması “Nabucco” layihəsi üçün 4 mlrd. avro maliyyə paketinin hazırlanması üçün zəruri olan qiymətləndirmə müddətinin başlanması deməkdir. Layihənin maliyyələşdirilməsinin potensial paketində EİB-in 2 mlrd. avro, EBRD-nin 1,2 mlrd. avro (kommersiya bankları ilə 50/50-yə) və IFC-nin 800 mlrd. avro ayırması nəzərdə tutulur.
Qeyd edək ki, «Nabucco» Mərkəzi Asiya və Xəzəryanı regiondan təbii qazı Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisi ilə Avropaya çatdıracaq. İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2014-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır. «Nabucco» qaz kəməri layihəsinin dəyəri 7,9 mlrd. avro təşkil edir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın “Bulgargaz”, Rumıniyanın “Transgaz”, Türkiyənin “Botaş” və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Oxşar yazılar

Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22