Bələdiyyə assosiasiyalarını necə diriltməli? - ARAŞDIRMA
Əli Əkbərli: “Assosiasiyalar nizamnamədəki kimi fəaliyyət göstərsə, bələdiyyələrin problemləri az olar”
Yerli özünü idarəetmə orqanların son seçkilərdən sonra bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə dair ciddi islahatların aparılması planlaşdırılır. Bu plana bələdiyyələrə əlavə maliyyə imkanlarının yaradılmasından tutmuş səlahiyyətlərinin artırılmasınadək çeşidli tədbirlər daxildir. Həmçinin bələdiyyə qurumları ilə hökumət orqanları arasında bir növ körpü rolu oynayan assosiasiyaların fəaliyyətinin gücləndirilməsi də ciddi müzakirə mövzusudur.
Lent.az assosiasiyalarının indiki durumu və bu qurumların aktiv fəaliyyətə keçməsi üçün zəruri olan məsələlərlə bağlı bələdiyyə sədrləri və ekspertlərin mövqeyini öyrənib. Məlum olub ki, bələdiyyə birliklərinin yaradılmasından artıq 3 keçsə də, onlar nə hökumətin, nə ictimaiyyətin, nə də yerli özünü idarəetmə orqanlarının ümidlərini doğrultmayıb. Hətta assosiasiyaların indiyədək bələdiyyələrin özünütəsdiqi üçün hansısa ciddi təşəbbüslərlə çıxış etmədiyi bildirilir.
Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılov kənd, qəsəbə və şəhər bələdiyyələri assosiasiyalarının heç birinin müstəqil fəaliyyət göstərə bilmədiyi qənaətindədir. Çünki onların rəhbərləri də müstəqil adamlar deyil. Onun sözlərinə görə, bələdiyyə assosiasiyalarının rəhbərləri həm özləri müstəqil, həm də müstəqil düşüncəyə malik adamlar olmalıdır: “Amma indi bu qurumları müstəqil deyillər. Ümumiyyətlə, assosiasiyaların aparatında çalışan adamlar bələdiyyə sistemindən çox uzaqdırlar. Ona görə də işlərini düzgün qura bilmirlər. Məncə, biz nə vaxtsa, vahid bələdiyyə assosiasiyasının formalaşdırılması məsələsinə yenidən qayıtmalı olacağıq”.
Dirçəlmək üçün 2 şərt
Ekspert deyir ki, hələ Avropa Şurası belə bir qurumun yaradılması tələbi ilə çıxış edərkən yalnız vahid bir assosiasiyanın formalaşdırılması nəzərdə tutulurdu. Lakin Azərbaycan hökuməti bir deyil, üç ayrı-ayrı assosiasiyaların yaradılmasını daha münasib sayıb: “Düzünü deyim ki, biz o vaxt bir assosiasiyanın yaradılmasının tərəfdarı idik. Lakin bu, mümkün olmadı, bəziləri qəti şəkildə dedilər ki, assosiasiyalar kənd, qəsəbə və şəhərlər üzrə ayrı-ayrılıqda yaranmalıdır. Belə də elədilər və nəticədə assosiasiyaların heç biri səmərəli fəaliyyət göstərə bilmədi”. Onun sözlərinə görə, vahid məqsədi olan təşkilatın bir neçə yerə parçalanması həmişə nəticə etibarı ilə uğursuz olub. Yerli özünü idarəetmə orqanlarının inkişafına dəstək verməkdən ibarət olan bələdiyyə assosiasiyaları da indi yararsız bir qurum təsiri bağışlayır: “Səmimi şəkildə deyirəm, bu gün o assosiasiyaların nə işlə məşğul olduğunu bilmirəm. Hər 3 assosiasiyanın rəhbərlərini də tanıyıram, lakin onların fəaliyyəti hiss olunmur”.
Müsahibimiz bildirir ki, hazırda bələdiyyə rəhbərləri arasında çox bacarıqlı, qabiliyyətli adamlar var. Həmin adamlar assosiasiyalarda təmsil olunmalıdır. Belə olan halda milli assosiasiyaların fəaliyyətini çevik və işlək hala gətirmək asanlaşar. Onun sözlərinə görə, assosiasiyanın indiki tərkibdə hansısa inkişafa nail ola biləcəyi inandırıcı deyil.
Eldar İsmayılov hesab edir ki, assosiasiyaların fəaliyyətini dirçəltmək üçün iki amil ən zəruri şərt sayılır. Bunlardan birincisi onların sayını 2-yə endirmək, ikincisi isə səriştəli adamları bu qurumların işinə cəlb etməkdir. Onun sözlərinə görə, bunlar olmadan bələdiyyə assosiasiyaları səmərəli fəaliyyət göstərə bilməz: “Təkmilləşmənin ən vacib yolu assosiasiyaların vahid strukturda birləşməsi və yenidən formalaşmasıdır. Onun fikrincə, bu qurumların nizamnaməsi və proqramı da yenidən işlənməlidir. Hər üç assosiasiyanın maliyyə imkanları yaxşıdır, üstəlik onlara həm yerlərdə, həm də hökumət səviyyəsində çox böyük köməklik göstərilir. Bunun müqabilində onlar bizim istədiyimiz işi görməyiblər. Assosiasiya metodiki göstəriş verən, sənədlərin hazırlanmasına qadir bir qurum olmalıdır”.
Assosiasiyalar nizamnamədəki kimi fəaliyyət göstərsə...
Bakı şəhər Yasamal rayon bələdiyyəsinin sədr müavini Əli Əkbərli də assosiasiyaların fəaliyyətini qeyri qənaətbəxş sayır. Bu assosiasiyalar yaradılarkən 25 nəfərdən ibarət işçi qrupunun üzvlərindən olan müsahibimiz deyir ki, assosiasiyaların formalaşması prosesi gözlənildiyi kimi getmir. Onun sözlərinə görə, Avropa Regional Hakimiyyətlər Konqresinin dəstəyi ilə yaradılan assosiasiyalar bələdiyyələrlə hökumət strukturları arasında koordinasiya rolunu oynamalı idi: “Bu qurumlar o məqsədlə yaradıldı ki, bələdiyyələrin ümumi maraqlarını hökumət və dövlət qurumları qarşısında müdafiə etsin. Yəni assosiasiyalar bələdiyyələrin ayrı-ayrı problemlərini bir mərkəzdən hakimiyyətə çatdırmaq missiyası daşımalıdır”.
Sədr müavini deyir ki, bu qurumlar vəzifələrin bir hissəsinin öhdəsindən gələ bilir. Amma assosiasiyaların fəaliyyətini gücləndirmək, inkişaf etdirmək lazımdır. Onun fikrincə, assosiasiya bütövlükdə bələdiyyələrin inkişaf perspektivlərini müəyyənləşdirməlidir: “Bələdiyyələrin normal fəaliyyət göstərə bilməsi üçün hər şey qanunda əksini tapıb, dövlət bələdiyyələrə hər bir köməkliyi etməlidir. Ancaq bunları bir qədər də sürətləndirmək və eyni mərkəzdən koordinasiya etmək üçün bələdiyyələrin milli assosiasiyaları fəallığı artırmalıdır. Çünki, bu, onların əsas məqsəd və məramlarıdır, bunlar assosiasiyaların nizamnaməsində də yazılıb”.
Əli Əkbərli hesab edir ki, assosiasiyalar bələdiyyə üzvlərinin maarifləndirilməsi ilə yanaşı, onların hazırladıqları layihələrin maliyyələşməsi məsələsində də aparıcı rol oynamalıdır. Bunun üçün treninqlərin, regional seminarların keçirilməsi kimi vasitələrdən istifadə olunmalıdır. Onun sözlərinə görə, belə tədbirlərdə assosiasiyalar bələdiyyələrə problemlərin həll yollarını tapmaqda kömək edə, tövsiyələr verə bilər: “Bəzən elə problemlər çıxır ki, bələdiyyələr həmin problemləri təkbaşına həll edə bilmir. Ona görə də assosiasiyaların köməyinə böyük ehtiyac var. Assosiasiyalar nizamnamədə göstərildiyi kimi fəaliyyət göstərsə, bələdiyyələrin üzləşdiyi problemlər indikindən az olar. Bələdiyyə bir orqana hesabat verməlidir və bu orqanı gücləndirib nəzarəti daha çevik və şəffaf təmin etmək mümkündür. Assosiasiyalar ona görə yaranıb ki, bələdiyyələr orada birləşib öz problemlərini çözmək üçün yollar axtarsınlar. Təəssüf ki, bunun effekti yoxdur”.
3 yaş nədir ki?!
Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Şəmistan Yusifov isə bu qurumların səmərəsiz fəaliyyəti barədə deyilənlərlə razılaşmır. Müsahibimiz deyir ki, milli assosiasiyalar hələ 3 ildir yaranıb və bu dövr ərzində təşkilatlanma prosesini başa vurub, öz əlaqələrini, bələdiyyələrin ilkin məlumat bazasını yaradıb: “Ötən 3 ildə saysız-hesabsız tədbirlər həyata keçirmişik və bu, dövri mətbuatda, televiziyada daim işıqlandırılıb. Mən heç assosiasiya sədri kimi yox, bələdiyyə mütəxəssisi və bələdiyyə sədri kimi hər üç assosiasiyanın fəaliyyətini müsbət qiymətləndirirəm”.
Şəmistan Yusifov deyir ki, milli assosiasiyalar öz fəaliyyətlərində maarifləndirmə sahəsinə daha çox yer verməyi üstün sayır. Onun sözlərinə görə, bələdiyyələrlə bu sahədəki əməkdaşlıq artıq müsbət nəticəsini verir: “Düzdür, bələdiyyələr bizi tənqid edir, haqqımızda çox şey deyirlər. Amma gərək deyilən sözlər konkret faktlara əsaslansın. Bizim fəaliyyətimizin qənaətbəxş olub-olması məsələsi ildə bir dəfə verdiyimiz hesabatdan görünür. Biz bu hesabatları bələdiyyələr qarşısında veririk və onlar bunun əsasında bizim fəaliyyətimizi qiymətləndirir. Yəqin ki, növbəti hesabatımıza da qiymət verəcəklər”.
Milli assosiasiyaların bələdiyyələrə köməklik göstərməməsi barədə iradlara gəlincə, Şəmistan Yusifov deyir ki, bu qurum öz nizamnaməsinə uyğun fəaliyyət göstərir. Onun fikrincə, nizamnamədə hansı tələblər varsa, assosiasiya öz işini ona uyğun qurur. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələri passivlikdə günahlandıran assosiasiya sədri onların ciddi təşəbbüslərlə çıxış etmədiyini deyir. Onun sözlərinə görə, istənilən bələdiyyə milli assosiasiyalara müraciət edib lazımi xidmətlərdən yararlana bilər: “Assosiasiyaların qapısı bələdiyyələrin üzünə açıqdır, onlar gəlirlər, bəzi məsələlərlə bağlı müraciət endirlər və bu müraciətlərə həmişə müsbət baxılır. Amma hansı bələdiyyə öz layihələrinin hazırlanmasında bizdən kömək istədi? Hansı bələdiyyə öz problemini bizim qarşımızda qaldırdı, biz onu həll etmədik? Fəaliyyətimiz dövründə elə bir şey olmayıb”.
Şəmistan Yusifov deyir ki, Azərbaycanda yerli özünü idarə qurumlarının inkişafı, bir struktur kimi təşkilatlanması onların da marağındadır. Bu səbəbdən də Milli Məclisin müvafiq komitəsində bələdiyyələrə yerli əhəmiyyətli səlahiyyətlərinin artırılması, təhsil, səhiyyə, mədəniyyət sahələrində xidmətlərlə bağlı funksiyaların həmin qurumlara verilməsi məsələsi müzakirə olunur. Onun sözlərinə görə, bu müzakirələrdə hər üç bələdiyyə assosiasiyasının nümayəndələri fəal şəkildə iştirak edir.
Elxan SALAHOV

819