Sumqayıt və Lüdviqshafen arasında yeni layihəyə start verilir
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə Sumqayıtda yeni layihənin – “Cənubi Qafqazda yerli idarəetmənin inkişafına dəstək” proqramının icrasına başlanacaq.
Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan alman nümayəndə heyətinin rəhbəri, Lüdviqshafen şəhərinin kommunal təsərrüfatının texniki direktoru Peter Lubenau Sumqayıt Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə belə deyib. İcra hakimiyyətində bildirirlər ki, nümayəndə heyəti bu gün şəhər rəhbərliyinin qəbulunda olub. Görüşdə bildirilib ki, yeni proqram çərçivəsində Almaniyanın və Cənubi Qafqazın ümumilikdə 8 şəhərinin əməkdaşlıq edəcək. Sumqayıt və Lüdvishafen şəhərlərinin iştirakı ilə tullantı təsərrüfatı, çirklənmiş ərazilərin reabilitasiyası, su və kanalizasiya sisteminin idarə edilməsi, ekoloji tərbiyə, yerli iqtisadiyyata dəstək sahələrində məsləhət tədbirlər həyata keçiriləcək. Həmçinin narkomaniya əleyhinə anonim mərkəzin, əqli cəhətdən qüsurlu uşaqlar üçün emalatxananın, və əhaliyə xidmət bürosunun yaradılması istiqamətində səylər gücləndiriləcək. Görüşdə
Xatırladaq ki, “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində 2002-2009-cu illər arasında 3 mərhələdə icra olunan bu tədbirlər şəhərlər arasında əlaqələrin möhkəmlənməsinə xidmət etməlidir. Layihə nəticəsində Sumqayıtda Alman-dili Mərkəzi, “Etimad” telefonu ofisi fəaliyyətə başlayıb.
“Ekopark” layihəsinin biznes-planı, məişət tullantıları təsərrüfatı üçün konsepsiya hazırlanıb. Həmçinin su və kanalizasiya sisteminin idarəçiliyi, çirklənmiş ərazilərin təmizlənməsi sahəsində geniş təcrübə mübadiləsi aparılıb, sumqayıtlı mütəxəssislər Almaniyada təlim kurslarına cəlb olunub. Layihə zamanı Sumqayıtda 2005, 2007 və 2010-cu illərdə 3 beynəlxalq konfrans keçirilib, görülmüş işlər barədə ictimaiyyət məlumatlandırılıb.
Elxan SALAHOV

1051