Bakı-Naxçıvan aviareyslərinin sayı azaldıldı
Reyslərin azaldılmasının səbəbi sərnişinlərin az olması ilə bağlıdır
«Azərbaycan Hava Yolları» QSC (AZAL) bu gündən etibarən Bakı-Naxçıvan marşrutu üzrə sərnişin aviareyslərinin sayını azaldıb.
AZAL-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, əgər bundan öncə sözügedən marşrut üzrə həftənin hər günü uçuşlar 3 dəfə yerinə yetirilirdisə, artıq fevralın 2-dən etibarən hər gün iki uçuş həyata keçirilir: «Reyslərin azaldılmasının səbəbi sərnişinlərin az olması ilə bağlıdır. Bu gündən Bakıdan Naxçıvana təyyarə hər gün saat 14:20-də və 20:40-da, Naxçıvandan Bakıya isə 16:40-da və 22:50-də uçuşlar yerinə yetirəcək».
Qeyd edək ki, hazırda «Tu-154» avialayneri ilə yerinə yetirilən Bakı-Naxçıvan marşrutuna bir aviabiletin qiyməti 75 manat, 5-12 yaşda uşaqlar, tələbər, həmçinin I və II qrup əlillər üçün isə 65 manat təşkil edir.

Oxşar yazılar

"Azəriqaz"ın "Açıq mikrofon"u bu dəfə Balakəndə -FOTO
5 iyul 2022 , 16:35
"Səyyar qəbul otağı" bu dəfə Ağdaş rayonunda quruldu -FOTO
4 iyul 2022 , 17:48
“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu®
4 iyul 2022 , 17:05
Sahibkarlar üçün Mobil POS-da əməliyyatlar hələ də komissiyasızdır®
4 iyul 2022 , 10:19
"Azercell Telecom" rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!®
4 iyul 2022 , 10:04
Dünyanın ən bahalı şirkəti məlum oldu
3 iyul 2022 , 16:09
Neftin qiyməti 380 dollara çata bilər - İDDİA
2 iyul 2022 , 18:02