İnternet istifadəçiləri üçün riskli ölkələr
Bütün dünyada internet istifadəçiləri üçün riskli ölkələrin reytinqi açıqlanıb. Həmin reytinqə əsasən, dünyada kompüter virusunun hücumuna ən çox məruz qalan ölkələrdən biri də Azərbaycandır. Respublikamız bu sırada Ermənistandan və Afrika ölkələrindən də geridə qalır.
Lent.az BBC radiosuna istinadən bildirir ki, AVG İnternet Təhlükəsizliyi Şirkəti özünün yeni araşdırmalarından sonra bu qənaətə gəlib. Araşdırmalar göstərib ki, Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan onlayn təhlükələrə ən çox məruz qalan ölkələrdir.
AVG İnternet Təhlükəsizliyi Şirkəti araşdırmanı 144 ölkədə 100 milyon kompüter üzərində aparıb. Məlum olub ki, internetdən ən təhlükəsiz istifadə olunan ölkələr Yaponiya və Tayvandır. Ən maraqlısı odur ki, internetdən istifadə üçün ən təhlükəsiz 10 ölkədən 7-si Afrikanın payına düşür. Bütövlükdə dünyada hər 73 haldan 1-də insanlar internetdə olarkən virus hücumuna məruz qalmaq riski ilə qarşılaşırlar.
Tədqiqatçı şirkətin hesablamalarına görə, dünyada kompüter virusunun hücumuna ən çox məruz qalan ölkələr arasında birinci yeri Türkiyə tutur. Onun riskdən qoruma proqramı hər 10 istifadəçidən yalnız 1-in kompüterini qoruyub. Rusiyada hər 15, Ermənistanda hər 24 istifadəçidən 1-in kompüterinə virus və yaxud digər zərərli proqram hücum edib. Azərbaycanda isə hər 39 istifadəçidən 1-in kompüterinə virus hücumu olub.
AVG şirkətinin baş tədqiqatçısı Rocer Tompson risklərin səbəbləri sırasında yarımleqal və ya qeyri-leqal yükləmə saytlarından istifadə meyllərini və istifadəçilərin paylaşma linkləri ilə ehtiyatlı davranmamasını göstərib.
Elxan SALAHOV

Oxşar yazılar

Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22