"Çelsi"nin və Mərakeş millisinin yarımmüdafiəçisi Hakim Ziyeş icarə əsasında PSJ-yə keçidinin bütün rəsmiyyətlərini tamamlamaq üçün Parisə gəlib.
Lent.az bildirir ki, Fransa mətbuatının yazdığına görə, parislilər Avropada qış transfer pəncərəsinin bağlanacağı fevralın 1-i gecə yarısına qədər londonlularla futbolçunun icarəyə verilməsini razılaşdırmanı başa çatdırmağı planlaşdırır.
Bundan əlavə, mənbənin məlumatına görə, Ziyeşin komanda yoldaşı Əşrəf Hakimi onun PSJ-yə keçəcəyini təsdiqləyib.
Xatırladaq ki, Ziyeş 15 oyun keçirib və bir məhsuldar ötürmə edib. Mərakeş millisinin tərkibində futbolçu 2022-ci il dünya çempionatının yarımfinalına yüksəlib. Nəticədə onun komandası medalların bir addımlığında dayanaraq tarixində ilk dəfə dördüncü yeri tutub.
Daha əvvəlki şayiələrdə nmərakeşlini İtaliyanın “Milan” klubuna keçəcəyi iddia edilirdi.