"Zirə" Avropa Liqasında mübarizəni DAYANDIRDI
18 iyul 2024 22:54 (UTC +04:00)

"Zirə" Avropa Liqasında mübarizəni DAYANDIRDI

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Zirə" Moldovanın "Şerif" komandası ilə üz-üzə gəlib.

Lent.az xəbər verir ki, qarşılaşmanın 5-ci dəqiqəsində Rafael Aleman Azərbaycan komandasını önə çıxarıb.

Oyunun 40-cı dəqiqəsində “Zirə”-nin oyunçusu Salifu Suma qırmızı vərəqə alıb.

53-cü dəqiqədə Ayyub Allak hesabı bərabərləşdirib. Matçın 77-ci dəqiqəsində isə Pan Ndyaqa Yade Yade “Şerif”i önə çıxarıb.

“Zirə” ilk matçda 1-0 hesablı qələbə qazandığından oyun uzatma dəqiqələrə gedib.

Əlavə vaxtda qol vurulmayıb. Penaltilər seriyasında "Şerif" rəqibindən üstün olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660
avatar

Oxşar yazılar