Zidanı tənqid edən federasiya rəhbəri  istefa verdi
11 yanvar 2023 18:22 (UTC +04:00)

Zidanı tənqid edən federasiya rəhbəri istefa verdi

Noel Le Qre Fransa Futbol Federasiyasının (FFF) rəhbəri vəzifəsini tərk edib. 

Lent.az bildirir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Le Qre Zinəddin Zidanı tənqid etdiyinə görə istintaqa qədər istefa verib. Federasiyanın prezidenti vəzifəsini Filip Diallo icra edəcək.

Daha əvvəl Zidanı Fransa prezidenti Emmanuel Makron dəstəkləyib və o, dünya idman əfsanəsi ünvanına səsləndirdiyi bəyanatlardan məyus olduğunu bildirib. Həmçinin millinin və PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Futbol Federasiyası tərəfinndən mütəxəssisə qarşı hörmətsizlikdən danışıb.

Fransa Futbol Federasiyası yanvarın 7-də baş məşqçi Didye Deşamla müqaviləni uzadıb. Bundan sonra Le Qre “Reuters”ə müsahibəsində Zidan milli komandada mümkün iş barədə onunla əlaqə saxlamaq qərarına gəlsə, telefonu qaldırmayacağını bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

Oxşar yazılar