"Yuventus" futbolçuların maaşları ilə bağlı saxtakarlığa görə xallardan məhrum olmayacaq.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İtaliya Futbol Federasiyasının (FIGC) məhkəməsində Turin klubunun “maaş manevrləri” ilə bağlı məhkəmə iclası keçirilib. “Yuventus” 2-3 xaldan məhrum edilmək təhlükəsi var idi.
Bununla belə, məhkəmə "Yuventus"un günahını etiraf etməsini nəzərə alıb. Klub yalnız pul ilə cəzalandırılacaq.
Xatırladaq ki, bundan əvvəl “Yuventus” qondarma kapital qazanmasına görə 10 xaldan məhrum edilmişdi.