"Yuventus"un hücumçusu klubdan ayrılır
10 iyun 2023 12:42 (UTC +04:00)

"Yuventus"un hücumçusu klubdan ayrılır

“Yuventus”un hücumçusu Federiko Kyesa klubdan ayrılmaq qərarına gəlib.

Lent.az xarici mediaya istinadla bildirir ki, “qoca sinyora”nın rəhbərliyi 25 yaşlı italiyalı futbolçunu 30-35 milyon avro dəyərində qiymətləndirir. “Bavariya” və “Liverpul” onu transfer etməkdə maraqlıdır.

Bu yaxınlarda başa çatan A Seriyası mövsümündə Kyeza 21 oyun keçirib. Hücumçu beş məhsuldar ötürmə və iki qol vurub. Bundan başqa, italyan hücumçu Avropa Liqası və İtaliya Kubokunun hərəsində bir qol vurub.

Xatırladaq ki, Kyeza 2020-ci ilin oktyabrında “Yuventus”un tərkibinə qoşulub. Əvvəlcə icarə əsasında Turin klubunda çıxış edən cinah oyunçusunu daha sonra “Yuventus” tam transfer edib. Hazırda futbolçunun qiyməti 50 milyon avrodur.

# 2988
avatar

Oxşar yazılar