“Yuventus”un futbolçusu Ueston Makkenni daha bir klubun maraq dairəsinə düşüb.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, “Roma”nın ardınca “Tottenhem”də 23 yaşlı amerikalını heyətinə qatmaq istəyir.
Yarımmüdafiəçinin Turin təmsilçisi ilə anlaşması 2025-ci ilin yayında başa çatacaq. Çempionlar Liqasının “Vilyarreal”la ilk görüşündə (1:1) zədələnən Ueston mövsümü başa vurub.
Qeyd edək ki, Makkenni mövsümün 28 oyununda 4 qol vurub.