“Yuventus”un 22 yaşlı yarımmüdafiəçisi Nikolo Faqioli qanunsuz mərc etməkdə şübhəli bilindiyi üçün hazırda istintaq altındadır.
Lent.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Məlumata əsasən, futbolçu qanunsuz platformalarda mərc edib. Hazırda iş Turin prokurorları tərəfindən araşdırılır.
İstintaq Faqiolinin qeyri-qanuni mərc oyunlarında iştirakını təsdiqləsə, o, üç il və ya daha çox müddətə diskvalifikasiya şəklində sanksiyalarla üzləşəcək. Buna 25 min avrodan başlayan cərimə də əlavə oluna bilər.