“Liverpul” Artur Melonu heyətinə qatmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, “Yuventus”un yarımmüdafiəçisi icarə əsasında İngiltərə klubuna keçəcək.
Tərəflər bununla bağlı anlaşma imzalamaq üzrədir. Tibbi müayinədən keçəcək futbolçu yeni komandasına qoşulacaq.
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Melonun xidmətində maraqlı deyil. “Liverpul” isə yarımmüdafiədəki kadr problemlərini həll etmək niyyətindədir.
Qeyd edək ki, Melo cari mövsümdə meydana çıxmayıb.