“Yuventus” qapıçısı Mattia Perin ilə yeni müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı qolkiperin anlaşması 2025-ci ilin yayında başa çatacaq.
İtaliyalı əlcək sahibi Turin təmsilçisinə 2018-ci ildə qoşulub. “Cenoa”dan gələn qapıçı ötən iki mövsümü də Genuya klubunda icarədə olub.
Qeyd edək ki, Perin cari mövsümdə 3 matçda meydana çıxıb.