Romelu Lukaku "Yuventus"a transfer problemi ilə bağlı yenidən "İnter"lə əlaqə saxlayıb.
Daha əvvəl bildirilmişdi ki, 2022/23 mövsümündə "İnter"də "Çelsi"dən icarə əsasında çıxış edən Lukakunun "Yuventus"la danışıqları davam edir və bu səbəbdən Milan klubu belçikalı almaqdan imtina edib.
Lent.az bildirir ki, "La Gazzetta dello Sport"un məlumatına görə, bir neçə gün əvvəl Lukaku danışıqları bərpa etmək üçün yenidən "İnter"lə əlaqə saxlayıb. "Yuventus" Duşan Vlahoviçi satana qədər hücumçu ilə müqavilə imzalaya bilməz.
"İnter" Lukaku ilə bağlı danışıqları bərpa etməkdən imtina edib, çünki klub artıq hücumu gücləndirmək üçün alternativ variantlara diqqət yetirir - milanlılar Folarin Baloqun və Alvaro Morata ilə maraqlanır.