Dopinqdə ittiham olunan “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba klubdan çıxarıla bilər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, futbolçu təkrar testosteron testi verib. Test isə müsbət nəticə verib.
Daha əvvəl 30 yaşlı Poqbanın 2 ildən 4 ilədək müddətə diskvalifikasiya oluna biləcəyi deyilirdi. “Yuventus” fransız futbolçu ilə müqavilənin vaxtından əvvəl ləğvi variantlarını da nəzərdən keçirəcək.