Futbol üzrə İtaliya çempionatının IX turun matçı keçirilib.
Lent.az xəbər verir ki, "Yuventus" "Milan"la qarşılaşıb.
Görüş 1:0 hesabı ilə məğlub edib.
Matç Milanda, San Siro stadionunda baş tutub.
Yeganə qolu 63-cü dəqiqədə Manuel Lokatelli vurub. 40-cı dəqiqədə "Milan" azlıqda qalıb. Müdafiəçi Malik Tshau birbaşa qırmızı vərəqə alıb.
“Yuventus” İtaliya çempionatının turnir cədvəlində 2 xalla üçüncüdür.
“Milan” 21 xalla ikincidir.
Çempionata 22 xalla "İnter" başçılıq edir.
Növbəti turda “Yuventus” oktyabrın 28-də “Verona”nı qəbul edəcək, ertəsi gün “Milan” səfərdə “Napoli” ilə qarşılaşacaq.