“Yuventus” futbolçusunu Niderlanda göndərdi
31 yanvar 2022 08:02 (UTC +04:00)

“Yuventus” futbolçusunu Niderlanda göndərdi

“Yuventus” daha bir futbolçusunu icarəyə göndərib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Məhəmməd İhattaren karyerasını Niderlandda davam etdirəcək.

Hücumameylli yarımmüdafiəçi “Ayaks”a icarəyə verilib. O, 2022-ci ilin sonunadək Amsterdam klubunda oynayacaq. 19 yaşlı futbolçunun maaşı niderlandlılar ödəyəcək.

Qeyd edək ki, Məhəmməd bunadək “Sampdoriya”da icarədə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335
avatar

Oxşar yazılar