Yığmamız Ermənistanı məğlub etdi
27 iyul 2022 20:50 (UTC +04:00)

Yığmamız Ermənistanı məğlub etdi

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının C liqasında növbəti oyununu keçirib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Tahir Baxşiyevin rəhbərlik etdiyi yığma San Marinoda keçirilən yarışda Ermənistanla üz-üzə gəlib.

Oyun basketbolçularımızın inamlı qələbəsi ilə başa çatıb. Millimiz erməniləri 76: 65 hesabı ilə məğlub edib.

Bununla da komandamız ardıcıl 3-cü qələbəsini qazanaraq, 6 xalla qrup liderliyinə yüksəlib. Təmsilçimiz Ermənistan yığmasından öncə Lüksemburqa (75:71) və Cəbəllütariqə (115:60)qalib gəlib.

Qeyd edək ki, milli qrupdakı növbəti matçını Moldova komandasına qarşı keçirəcək. Oyun iyulun 28-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

# 2583
avatar

Oxşar yazılar