Azərbaycan çempionatında legioner sayı ilə bağlı yenilik tətbiq olunacaq.
Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.
Bundan sonra legionerlərin təkcə meydanda deyil, sifariş vərəqindəki sayına da limit tətbiq olunacaq. Bu limiti aşmaq üçün əlavə pul ödəniləcək.
2022/2023-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) manat təşkil edəcək.
2023/2024-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə bilər. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) manat olacaq.