PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe yeni agent tapmaq məcburiyyətində qalacaq.
Lent.az "Marca"ya istinadla xəbər verir ki, uzun illər oğlunun işlərinə qarışan anası Fayza Mbappe (qızlıq soyadı Lamari) FİFA lisenziyası almayıb və gələcəkdə onun maraqlarını təmsil edə bilməyəcək.
24 yaşlı futbolçunun karyerası boyu onu anası təmsil edib. Mbappenin "Real"a transferi ilə bağlı danışıqların onun istəkləri ilə çətinləşdiyi daha əvvəl bildirilmişdi.
Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransız hücumçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə səkkiz oyun keçirib və səkkiz qol vurub.