"Yaşımdan utanmıram, son sözümü deməmişəm" - Levandovski
15 mart 2025 16:38 (UTC +04:00)

"Yaşımdan utanmıram, son sözümü deməmişəm" - Levandovski

"Barselona"nın və Polşa millisinin 36 yaşlı hücumçusu Robert Levandovski fiziki hazırlığından danışıb.

Lent.az xəbər verir ki, ulduz futbolçu hələlik karyerasını bitirmək barədə düşünmədiyini deyib:

“Hər gün oynamağı səbirsizliklə gözləyirəm. Bu qədər gənc futbolçunun əhatəsində olmaq özümü daha gənc hiss edir. Formada qalmaq üçün meydandan kənarda çox şey edirəm - fiziki bərpa işləri və s. Bu, mənə daha yaxşı formada qalmağa və ən yüksək səviyyədə çıxışlara davam etməyə kömək edir. Mən yaxşı fiziki formadayam və ən yüksək səviyyədə oynaya bilirəm. İndiki ilə üç il əvvəlki arasında heç bir fərq hiss etmirəm. Yaşımdan utanmıram və hələ son sözümü deməmişəm”.

Levandovski 2024/2025 mövsümündə "Barselona"nın heyətində bütün yarışlarda 39 oyun keçirib, 34 qol vurub və 3 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364

Oxşar yazılar