Yarıçılpaq qızlarla şənlənən əfsanəvi basketbolçu televiziyadan qovuldu  - VİDEO
07 aprel 2021 19:44 (UTC +04:00)

Yarıçılpaq qızlarla şənlənən əfsanəvi basketbolçu televiziyadan qovuldu - VİDEO

NBA-nın əfsanəsi, “Boston Seltiks”in keçmiş oyunçusu Pol Pirs əylənə biləcəyini sübut edib, lakin hər kəs onun bu bacarığını qiymətləndirməyib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 43 yaşlı amerikalı keçmiş basketbolçu, “Instaqram”da canlı yayımda iştirak edib, burada dostları ilə bir ziyafət təşkil edib, spirtli içki içib, ehtimal ki, poker oynayıb və yarıçılpaq qızlarla əylənib.

Kadrlarda yarıçılpaq gözəllərdən birinin Pirsi necə masaj etdiyi, ikincisi isə yerdə oturaraq twerk rəqsi etdiyi görünür. Başqa bir kadrda daha çox qız var və onlar daha da qızğın davranırlar.

43 yaşlı keçmiş basketbolçu isə bu anda arvadı və üç övladı olduğuna görə qətiyyən utanc hissi keçirmir. Bu azmış kimi sosial mediada əyləncəsi ilə cəsarətlə lovğalanıb.

Ancaq hər kəs onun əyləncəsini qiymətləndirməyib. Pirsa ekspert kimi çıxış etdiyi ESPN idman kanalından işdən çıxarılıb. Mənbənin məlumatına görə, əfsanəvi basketbolçunun özünün həmin videonu paylaşması rəhbərliyin xoşuna gəlməyib. Əgər bu fakt olmasaydı Pirs işində qala bilərdi. 


 

Yarıçılpaq qızlarla şənlənən əfsanəvi basketbolçu

# 2973
avatar

Oxşar yazılar