Yamaldan "Barselona"ya  MƏSLƏHƏT:   Musialanı alın
19 fevral 2025 19:07 (UTC +04:00)

Yamaldan "Barselona"ya MƏSLƏHƏT: Musialanı alın

"Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Lamin Yamal "Bavariya"nın yarımmüdafiəçisi Camal Musialanı Kataloniya klubunun heyətində görmək istəyir.

“Neymarın adını çəkməyimi gözləyirsinizsə, yanılırsınız. Mən Musialanı Barselonada görmək istərdim, amma təəssüf ki, onun qüvvədə olan müqaviləsi var”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Yamal deyib.

Bu mövsüm 17 yaşlı Yamal bütün turnirlərdə 32 oyun keçirib, 11 qol vurub və 15 məhsuldar ötürmə edib. Onun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774

Oxşar yazılar